Марафон коротких заметок

Марафон коротких заметок

Рассказы (Избалованная дочь)

Ərköyün qız
Biri vardı, biri yoxdu, Şamaxı şəhərinin Sulut kəndində Nisə adlı qəşəng bir qız vardı. Hamı bu qıvrım saçlı dəcəl qızı əzizləyir, sevirdi. Dəcəl qız da hamının ona olan sevgisini hiss etdikcə daha da ərköyünləşirdi. Artıq Nisə elə ərköyünləşmişdi ki, hətta onu sevib-əzizləyənə, opənə əl qaldırır, şillə vururdu. O özündən kiçiklərə də, böyüklərə də əl qaldırırdı.

Nisə həyətdə gücü çatdığı heyvanları, quşları, hətta böcəkləri də incidirdi. Milçəköldürəni götürüb düşürdü böcəklərin canına.

Ata-anası nə qədər danlayırdılarsa, qız tərsliyindən əl çəkmirdi ki, çəkmirdi. Ana deyirdi:

— Nisə, axı bütün canlıların canı var. Onları incidəndə ağrıyırlar. Hətta ağlayırlar. Canlını incitmək olmaz! Axı onları da Tanrı yaradıb. Onları incitmək həm düzgün deyil, həm də günahdır.

Nisə səhvini heç vaxt boynuna almırdı:
— Mən heç kimi incitməmişəm!

Atası da qızını tənbeh edirdi:
— Ay Nisə, sən heyvanları incitməsən, məstan pişik səni görəndə qaçıb gizlənməz, küçük Toplanı cırnatmasan, o səni görəndə mırıldamaz. Hələ balaca cücələri demirəm!

Çox danlayanda da Nisə hamıdan küsüb bir tərəfdə otururdu. Bir gün Nisə həyətdə oynayırdı. Haradansa həyətə alabəzək bir kəpənək uçub gəldi. Nisə onu tutmağa çalışsa da, tuta bilmədi. Nisə kəpənəyin dalınca qaçdı ki, tutub onu bankaya salsın. O, həmişə xoşu gələn kəpənəyi tutub bankanın içərisinə salırdı. Onu bankada o qədər oynadırdı ki, kəpənək haldan düşürdü.

Bu dəfə isə deyəsən, kəpənək təslim olmaq istəmir, qızdan canını qurtarmaq istəyirdi. Nisə isə həmişəki kimi tərsliyindən əl çəkmirdi ki, çəkmirdi.

Nisəgilin evləri meşənin yaxınlığında yerləşirdi. Meşə ilə evin arası beş dəqiqəlik yol idi. Nisə kəpənəyi o qədər qovdu ki, bir də baxdı meşənin içərisindədir, özü də yolu itirib.

Qız guya gəldiyi yolla qayıtmağa başladı. Əslində isə o, meşənin daha da dərinliyinə gedirdi. Nisə ağlaya-ağlaya yol getməkdə olsun, sizə kimdən deyə kimdə xəbər verək, Nisənin anasından.

Nisə həyətdə oynayanda anası mətbəxdə yemək bişirirdi. Və tez-tez həyətə boylanıb Nisəyə göz qoyurdu ki, uzağa getməsin. Ana bir də həyətə boylandı ki, Nisə həyətdə yoxdur. Əvvəl nigaran qalmadı. Elə bildi qız yenə də yaxınlıqda yaşayan əmisigilə gedib. Onlardan Nisəni soruşandan sonra isə qorxuya düşdü. Hər yana səs saldı:

— Ay aman, hava qaralmağa başlayır, qız heç yerdə yoxdur.

Ata da işdən yarımçıq gəldi. Hamı – bütün kənd Nisəni axtarmağa başladı. Hava artıq qaraldığından, məşəl yandırıb meşəni də axtardılar. Heç yerdə qızı tapmadılar ki, tapmadılar. Bütün kənd sanki yas içərisindəydi. Düz, bir həftə Nisəni axtarandan sonra daha axtarmadılar. Ümidlərini üzüb, dərd-sər içərisində, ağlaya-ağlaya oturdular. Fikirləşdilər, yəqin, qızı meşədə vəhşi heyvan-zad parçalayıb.

Aradan bir neçə gün də keçdi. Bakıdan Şamaxı meşələrinə gəzməyə çoxlu məktəbli gəlmişdi. Cəngi meşəsi həmişəki kimi bu yay da çox gözəl idi. Məktəblilər meşədə gəzəndə uzaqdan balaca bir qız gördülər. O, yavaş səslə uzaqdan nəsə deyirdi. Uşaqlar qızın nə dediyini anlamaq üçün bir az yaxına getmək istəyəndə, onların qarşılarına böyük, boz bir ayı çıxdı. Qaçaqaç düşdü… Ayı elə nərildədi ki…

Səs göyə əvvəl meşəbəyi onun arxasınca da bir neçə ovçu gəldi. Ovçulardan bir qızı tanıdı. Sən demə, ayının yanındakı qız Nisəymiş. Hə, hə , Nisə. On gün bundan qabaq meşədə azmış balaca qız. Ayı Nisənin həndəvərində dolanır, heç kəsə imkan vermirdi ki, ona yaxın dursun.

Ovçulardan biri istədi tüfənglə ayını vurub öldürsün. Balaca qız bunu görüb qışqırdı:
— Yox, yox, yox ona dəyməyin!

Görəsən, Nisəyə nə olmuşdu ki, o belə dəyişmişdi? Axı onun heyvanlardan xoşu gəlmirdi.

Danışım… danışım… On gün bundan qabaq, Nisə meşədə azanda qaranlığa düşdü, nə qədər axtardısa da, evlərinin yolunu tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi, yorulub bir ağacın yanında oturdu. Elə orada da yuxuya getdi.

Ayılanda isə balaca qız dəhşətli bir hadisənin şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək istəyir, kənardan bir boz ayı isə onları qovur, yaxına qoymurdu. Bu, səhərə qədər belə davam elədi. Səhər açılanda isə ayı Nisənin paltarından tutub darta-darta onu mağarasına apardı. Nisə daha ondan qorxmurdu. Çünki ayı gözünün qarşısında onu canavarların pəncəsindən xilas eləmişdi. Düz, on gün Nisə mağarada Ayı ilə birgə qaldı. Onlar meşədə bir gəzir, meyvələr, giləmeyvələr yeyir, bulaqlardan su içirdilər.

Onuncu gün isə məktəblilər Nisəni görüb hay-küy qopartdılar. Ovçulardan biri ayını vurmaq üçün nişan alanda Nisə qışqırdı:
— Onu vurmayın, o mənim dostumdur, məni canavarların əlindən xilas edib!

Ovçu əl saxladı. İnandılar. Çünki Ayı heç kəsi Nisəyə yaxın qoymurdu. Yalnız ayının üstünə yuxu dərmanı tökəndən sonra, ayını yuxu tutdu bu andan sonra qızı ondan ayırmaq mümkün oldu.

Bundan sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri incitmədi. Ərköyünlük eləmədi. O həm də ağıllı və yaxşı bir qız oldu.

Həkayəni burda qurtardı.

Не проходи мимо. Оставь свой комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Для комментария можно использовать клавиши: ə ı ü ö ğ ş ç