Марафон коротких заметок

Марафон коротких заметок

Рассказы (Мышиная история)

Siçan əhvalatı
Soyuq qış gecələrində Ilxam baba uşaqları başına yığıb onlara nağıl danışardı. Bu dəfə uşaqlar İlham babanı görən kimi onun ətrafına toplaşdılar. “Ay baba, bizə nağıl de”, – qışqırışdılar… Baba uşaqları çox istəyərdi onların heç vaxt sözünü etiraf eləmirdi, istəklərini yerinə yetirməyə çalışırdı. Bu dəfə də baba uşaqlara başına yığıb, isti sobanın ətrafında onlara maraqlı əhvalatlar danışmağa başladı. Bu dəfə Elxan baba uşaqlara başına gələn bir hadisəni danışdı.

— Sizin yaşdaydım. Kənd məktəbində oxuyurdum. Bir gün dərsdən yorğun evə gəldim. Böyük qardaşım dedi:

— Bir həftəliyə Bakıya gedirəm, atama demişəm, hazırlaş, səni də aparım Bakıya. Sevindiyimdən əlimdəki çantanı necə tulladımsa, çanta gedib ot tayasının üstünə düşdü. Qardaşımın boynuna sarılıb o üzündən-bu üzündən öpdüm. Mən heç təsəvvür də eləmirdim ki, bir gün Bakıya gedəcəyəm, özü də qatarla. Bu mənim lap çoxdankı arzumdu.

Tez qaçıb təzə paltarlarımı geyindim. Yola düşdük. Bakı elə xoşuma gəldi. Nə isə…

Bir həftədən sonra kəndə qayıtdıq. Özümü xoşbəxt hiss edirdim. Elə bil, bütün arzularım həyata keçmişdi. Qatar sübh tezdən kəndə çatmışdı. Dərsin başlanmasına da lap az qalırdı. Evə girib çantamı axtardım-axtardım, tapa bilmədim. Birdən yadıma düşdü ki, axırıncı dəfə çantamı ot tayasının üstünə atmışdım. Tez qaçıb həmin yerə baxdım. Çanta elə atıldığı yerdə də qalmışdı. Götürüb dərsə yollandım.

Birinci dərsdə sakit dənə bilmirdim. Yanımdakılara Bakıdan danışmaq istəyirdim. Müəllim mənə neçə dəfə irad tutdu. Amma yenə də sakitləşmədim. Axırda müəllim hirsləndi:

— Gündəliyini gətir sənə «2» yazacağam! Onda ağlın başına gələr.

Qorxudan əlim-ayağım əsməyə başladı. Nə qədər çantamı açmaq istədim aça bilmədim. Müəllim elə bildi ki, yalanlar deyirəm. Dedi ki, gətir çantanı özüm açacağam!

Çantanı müəllimin yanına apardım. Çantanın açar yerinə o qədər şeh vurmuşdu ki, açar yeri parçlanmışdı. Müəllim onu birtəhər açdı.

Amma açdığına da peşiman oldu. Çantanın içərisindən 7-8 siçan balaları çıxıb ətrafa səpələndi. Qışqıran kim, partalarnn üstünə çıxan kim, çıxıb dəhlizə qaçan kim… Nə isə… Əməlli başlı dərs pozudu.

Müəllimin hirsindən rəngi oldu qap-qara. Özü də bir küncə çəkilmişdi. O elə bilirdi ki, mən bunu biilə-bilə eləmişəm və yəqin ki ürəyində mənə ən ağır cəza növü fikirləşirdi. Bir az bundan qabaqkı xoşbəxtliyimdən heç əsər-əlamətdə qalmamışdı. Elə bu fikirlərlə birdən müəllimin səsini eşitdim.

Onu qışqırığından bircə bunu başa düşdüm:

— Çıx bayrası müftən! Məni ələ salmağın sənə baha başa gələcək! Tez valideynlərini yanıma çağır! Səni məktəbdən qovdurmasam…- o çox şey danışdı.

Amma mənim ürəyimdə qalanlar onlar oldular. Əlbəttə ki, valideynlərim məktəbə gəldi. Müəllimə dil-ağız eləyəndən sonra onu inandırdı ki… İndi deyirdi… Çantam bir neçə gün ot tayasının üstündə qaldığından bir siçan ora girmiş və orada da balalamışdı.

Elxan babalarım hekayətin bu yerində uşaqlar elə gülüşdülər ki, uzun müddət sakitləşə bilmədilər. Onların heç ağlına da gələ bilməzdi ki, belə bir iş ola bilər.

Uşaqlar sakitləşəndən sonra Elxan baba hekayətinin ardını danışdı:

— Hə uşaqlar, qulaq asın, gerisinə. Atam bir xeyli and-aman eləyəndən sonra müəllimi güclə inandıra bilmişdi. Yalnız ondan sonra müəllim məni yavaş-yavaş bağışlasa da, hər dəfə mənə görəndə mənə nifrətlə baxırdı. Bugünkü həkayəti bu qədər, uşaqlar, çantamısı səliqəli siçanlardan əhtiyatlı olun.

Объяснительная

Salam! Mənim adım Yan. Xoş gəlmisiniz. Интересуюсь иностранными языками, в частности турецким и родственным ему азербайджанским. Кроме того, занимаюсь веб-разработкой, выкладываю уроки для графического редактора Gimp.

Не проходи мимо. Оставь свой комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Для комментария можно использовать клавиши: ə ı ü ö ğ ş ç