Марафон коротких заметок

Марафон коротких заметок

Рассказы (Настоящий друг)

Həqiqi dost

Tutu qatarın dalınca baxırdı. O bu neçə gündə babasına elə öyrəşmişdi ki, ondan ayrılmaq istəmirdi.

Bunu başa düşən ata dedi:

— Tutu, bikef olma! Baban yenə bizə gələcək!

Ana qızının könlünü almaq üçün onu əzizlədi. Qız ağladı. Tutunu heç kəs sakitləşdirə bilmədi. Bircə pandadan başqa. Hə, hə, pandadan.

Tutu ağlayanda birdən onun gözü ayıya bənzəyən bir heyvana sataşdırdı. «Ayıya baxın!», — deyə qışqırdı. Ata və ana dönüb baxanda gördülər ki, küçədə bir panda durub. O çox qəşəng idi, başında da gülməli bir papaq var idi. Ata və ana ikisi də birdən dedilər:

— Tutu, o, ayı deyil, pandadır!

Tutu ilk dəfəydi belə heyvan görürdü. Onlar pandaya yaxınlaşdılar. Panda çox qəmgin oturmuşdu. Özü də tapılan əşyalar olan yerdə oturmuşdu. Onun belində yol çantası var idi. Sinəsində də yazı asılmışdı: «Kim bir müddət bu pandanı saxlasa, ona minnətdar olarıq! Əvvəlcədən təşəkkür edirəm. Şoşu xala».

Hamı məəttəl qaldı. Günün günorta vaxtda şəhərin mərkəzində, özü də dəmiryolu vağzalında panda.

— Bu lap möcüzədir! — ata dedi.

Panda sakitcə oturub diqqətlə gəlib-gedənə baxırdı. Ata, ana və Tutu pandaya yaxınlaşdılar o, cəld ayağa qalxdı, gülməli papağını çıxarıb baş əydi:

— Buyurun, deyəsən siz mənə kömək eləmək istəyirsiniz.

Hamı məəttəl qaldı. O çox nəzakətlə danışırdı. Ata və ana isə “əlbəttə”, — dedilər.

Panda sevinib hamı ilə əl tutdu. Sonra isə çamadanını götürüb Tutunun yanında dayandı. Pandanın bu hərəkəti ata və ananın xoşuna gəldi. Onlar qərara gəldilər ki, pandanı özləri ilə aparsınlar.

— Mənim adım Tutudur, bəs sənin adın nədir? Haradan gəlirsən? Hara gedirsən? Getdikcə burada dayanmısan. Özün də yaman bircə oxuyursan. Nə olub sənə? Dərdimi mənə də de. Mən də bilim. Dərdi sənə köməyimdə idi.

Panda dedi:

— Mən Çindən gəlmişəm. Orda darıxırdım, ona görə də qərara gəldim ki, səyahətə çıxım. Yol boyu heç nə yeməmişəm, yaman da acmışam!

Ata panda kafeyə apardı. Bir yer seçib oturtdu. Bir azdan onların iki fincan çay və bir neçə ballı pirojna qoydular.

Panda sevincdən gözləri parıldadı. Çıxıb stolun üstündə oturdu. Əvvəl tələsə-tələsə qaynar çaydan içdi, sonra isə ballı pirojnalar yedi. Bütün ağzı, burnu, hətta stolun üstüdə bala bulaşdı. Ata kənardan onlara göz qoyanlara məhəl qoymur, sakit-sakit çay içirdi. Elə bir ata, bu kafedə çay içməyə tez-tez gəlirdi.

Özü də panda ilə birgə. Panda stolun üstündə yerini rahatlamaq istəyirdi ki, birdən ayağı sürüşdü, arxası üstə pirojnaların üstünə yıxıldı. Qalxanda ayağı fincana dəydi.

Hamı qışqırmağa başladı. Ata utana-utana panda ilə kafedən çıxdı. Şəhər pandanın elə xoşuna gəlmişdi ki, o bir an dayanmır, hər yeri görmək istəyirdi. Bir azdan onlar evə çatdılar. Tutu öz otağını pandaya göstərib dedi:

— Bax, bura mənim otağımdır, nə vaxt istəsə mənim otağıma gələ bilərsən.

Panda çamadanından bir albom çıxartdı. Dostlarının şəklini Tutuya göstərdi. Sonra kresloda oturan eynəkli bir pandanın şəklini göstərib dedi:

— Bu isə mənim Şoşu xalamdır. Boynumun asılan yazılada o yazmışdı.

Tutu şəklə baxıb dedi:

— Sənin nə qəşəng xalan var.

— Hə. Doğrudan da qəşənq xalam var. Onun üçün yaman darıxmışam.

Ana panda vanna otağına saldı, özü isə paltar gətirməyə getdi. Tutu anasının yanına gəldi ki, panda çimdirməyə kömək eləsin. O da vannaya girdi. Dəcəl panda isə kranların ikisini də birdən açdı. Vanna tez doldu.

Elə ki, panda gördü ki, vanna dolur, tez papağını çıxartdı. O, papaqsız lap gülməli görünürdü.

Tutunu gülmək tutdu.

Panda papağını su ilə doldurub yerə boşaltmağa başladı. O həyəcanlı görünür və cəld işləyirdi. Tutu isə dayanmadan ona gülürdü.

Bu vaxt ana vanna otağına girib bu vəziyyəti gördü və dedi:

— Ay panda, niyə suyu yerə tökürsən?

— Axı su çoxalsa, Tutu boğula bilər! — deyə panda həyəcanla cavab verdi.

Ana pandanın bu hərəkətinə güldü. Onun pandadan daha çox xoşu gəldi. Ana başa düşdü ki, panda Tutunun qayğısına qalan həqiqi dost ola bilər. Ailədə hamı pandanın sevdi. Onu yanlarında saxladılar. Amma panda bir eybi var idi. O, hamını əsəbiləşdirirdi. Elə ki, telefonun əlinə düşdü, o bir gündə çəkilir Şoşu xalasına zəng eləyirdi. Və Şoşu xalası ilə saatlarla danışırdı.

Объяснительная

Salam! Mənim adım Yan. Xoş gəlmisiniz. Интересуюсь иностранными языками, в частности турецким и родственным ему азербайджанским. Кроме того, занимаюсь веб-разработкой, выкладываю уроки для графического редактора Gimp.

1 comment

  1. 0

    0

    Getdikcə burada dayanmısan. Üzün də yaman bircə oxuyursan. Nə olub sənə? Dördimi mənə də de. Mən də bilim. Dördi sənə köməyimdə idi.
    Эти предложения лексически составлены не правильно

Не проходи мимо. Оставь свой комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Для комментария можно использовать клавиши: ə ı ü ö ğ ş ç