Марафон коротких заметок

Марафон коротких заметок

Сказки (Госпожа Чирик-чирик)

Cik-Cik xanım

Biri vardı, biri yoxdu, Cik-Cik xanım adlı bir serçə vardı. Bir gün həmişəki kimi, Cik-Cik xanım bu koldan, o birinə kolu cik-cik eləyirdi. Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb başladı ağlamağa. Qarı nənə onu ağladığı görüb soruşdu:

— Ay Cik-Cik xanım, nazlı xanım, niyə ağlayırsan?

— Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, nə olar… nə olar… onu çıxart!

Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxardıb təndirə atdı. Cik-Cik xanım ora-bura uçub dedi:

— Qarı nənə, təz ol… təz ol… mənim tikanımı qaytar!

— Ay serçə. Haradan alım sənin tikanını, atdım təndirə, yandı da.

— Mənə nə… mənə nə…, tikanımı ver! Verməsən, verməsən… çörəyini götürüb qaçacam.

Qarı nənə balaca serçənin sözləri güldü. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı. Cik-Cik xanım göynən uçurdu, yerdən yerə bir çobanın qoyun otarı görüb, yerə qondu, çobana tərəf gəlib dedi:

— Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!

Çoban çörəyi alıb, südə doğruyu dedi:

— Hə… Cik-Cik xanım, nazlı xanım, gözəl xanım, gəl… gəl sən də ye.

— Mən toxam, yemirəm, sən ye.

Çoban çörəyi yeyib qurtardı. Cik-Cik xanım qanadlarını yellədib dedi:

— Ay çoban qardaş, mən gedirəm çörəyimi ver gedib.

— Çörəyi? Çörəyini haradan alım? Çörəyini yedim bax.

— Mənə nə yemisən. Çörəyimi ver, yoxsa qoyunlarından götürüb qaçacam!

— Ay Cik-Cik xanım, ay nazlı xanım, mənim nə günahı var ki, qoyunumu aparasan a? Çörəyi özün verdin, mən nə yedim.

— Yaxşı, yaxşı… həç eybi yoxdur. Gör indi sənin başını nə oyun gətirəcəm?

Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı.

— Ay aman, ay aman, ay aman… ağam məni öldürəcək!

Cik-Cik xanım caynağında qoyun göydü uçdu, birdən bir dəstə atlını görüb uçara onlara yaxınlaşdı:

— Ay qardaşlar, hara gedirsiz?

— Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlín gətirək.

Cik-Cik xanım hərəsi uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:

— Álın, padşahın toyuna gətirmişəm.

Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi. Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar. Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib kababı qurtardı Cik-Cik xanımı ac qoydu. Ac qalan Cik-cik acığa düşüb padşaha dedi:

— Mənim qoyunumu qaytárın!

— Qoyunu? Nə danışırsan…qoyunu yemişik axı, onu haradan verək.

— Qoyunumu verməlisiz, verməsiz… verməsiz… gəlininizi götürüb qaçacam!

Hamı ona güldü. Cik-Cik uçub çəpərin üstünə qonub gəlinin gələməsini gözlədi. Gəlini zurna-balaban çala-çala gətirdi. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, yenidən o yana uçdu gəlini atın üstündən alıb qaçdı.

Cik-Cik xanım gəlini hündür bir ağacın üstünə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.

— Salam, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.

— Ay Cik-Cik xanım, nazlı xanım, ay məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı! Sazım verdim sənə!

Cik-Cik xanım sazı aldı, gəlini verdi. Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldada-dınqıldada başladı.

Tikan verdim, çörək aldım,
Dınqıl sazım, dınqıl sazım.
Çörək verdim, qoyun aldım,
Dınqıl sazım, dınqıl sazım.
Qoyunu verdim, gəlin aldım,
Dınqıl sazım, dınqıl sazım.
Gəlini verdim, bir saz aldım,
Dınqıl sazım, dınqıl sazım.

Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala keçirir.

Не проходи мимо. Оставь свой комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Для комментария можно использовать клавиши: ə ı ü ö ğ ş ç