Глоссарий
Рассказы (Вежливый слон)
Nəzakətli fil
Biri vardı, biri yoxdu, bir canavar vardı. O, heç vaxt evini yığışdırmır, iş görməyə tənbəllik edirdi. Evi damır, az qalırdı ki başına uçsun.
Bir gün Canavarın evinin yanından fil keçirdi. Birdən necə oldusa, xortumu canavarın evinin damına dəydi və evin bacası yerindən çıxdı.
Fil pərt oldu. Dişlərini qıcımış canavara baxıb onu sakitləşdirdi:
– Bağışlayın, evinizin bacasını çıxartdım, amma inanın ki, bunu bilə-bilə eləmədim, indi yerinə qoyaram!
Bunu deyib Fil işə başladı. Filin əlindən hər iş gəlirdi. O, işdən qorxmurdu. Səliqə ilə bacanı düzəldib onu yaxşı-yaxşı bərkitdi. Baca yerinə əvvəlkindən də möhkəm oturdu. Fil getməyə hazırlaşanda Canavar qoymadı. Ona elə gəlmişdi ki, fil ondan qorxduğundan üzr istəyib, bacanı da ona görə təmir edib, üstəlik, damı da düzəldib. Canavar düşündü: “Aha!!! Deməli fil məndən qorxur. Bundan istifadə etməliyəm…”
– Bura bax, bura bax, bu boyda gövdənlə evimi elə silkələdin ki, elə bildim zəlzələdi. Dirəklər yerindən oynadı. Belə evdə yaşamaq qorxuludur.
Mənə təzə ev tikməlisən, yoxsa başına elə oyun açaram ki, adın yadından çıxar.
Fil məəttəl qaldı. Çünki bu lap yaxşılığa yamanlıq oldu. Hirsləndi. Amma Canavara cavab vermədi. Onu hirslə yuxarı qaldırıb yaxınlıqdakı palçıqlı gölməçəyə tulladı.
Amma bununla da sakitləşmədi. Hirslə oturdu canavarın evinin üstündə. Ev elə çökdü ki, lap yerə yapışdı. Sonra isə acıqla dedi:
– Bu da sənin üçün təzə ev!
Fil yavaş-yavaş yoluna davam elədi.
Canavarın ağzı palçıqla dolmuşdu. Palçığı yerə tüpürüb dedi:
– Mən bir şeyi başa düşə bilmirəm, gah qorxudan məndən üzr istəyir, gah da məni yerə çırpır. Heç nə başa düşmürəm.
Bayaqdan onlara baxan qoca qarğa canavarı başa salmaq istədi:
– Əvvəl Fil nəzakət göstərdi, səndən üzr istədi. Amma sən elə bildin o, qorxudan səndən üzr istəyir. Bundan sonra nəzakəti qorxaqlıqdan ayırarsan.
21 comments
А перевод?
Хех. А перевод лежит на плечах учеников 🙂 В конце концов, это задание чисто для запоминания букв.
Классно, хорошая тренировка правильно произносить буквы и их сочетание.
Salam! Mən audio görmürəm. Zəhmət olmasa deyin, audio haradadır?)
Светлана, salam! Добавил аудио. Теперь должно работать. Спасибо за фидбек! 🙂
Я прослушала следя за текстом и не заметила многих слов из рассказа в тексте. Это так?
Да, в тексте некоторые слова пропущены.
Очень благодарна тем, кто тратит своё время на меня Дай Аллах вам здоровья
Спасибо. Побольше бы таких текстов с аудиорядом.
Не можу увімкнути аудіо
Джамiля, попробуйте открыть в другом браузере. У меня Google Хром. Работает нормально.
І в мене хром, але чомусь не вмикається3
А можно аудио запись как-нибудь перематывать?
Впервые прослушала. Никаких слов не знаю, но очень захотелось перевести. Думаю, пару часов с Гуглом и я справлюсь
Ищу человека,будем вместе учить язык
давай со мной учи ))
Можно спросить, fil pərt oldu. Что значит?
слон сконфузился. или почувствовал себя не ловко
слон сконфузился. или почувствовал себя не ловко
Canavarın ağzı palçıqla dolmuşdu. Palçığı yerə tüpürüb dedi:
Слово- грязь
palçıq или palçığ
O, heç vaxt evini yığışdırmır,- разве здесь yığışdirmır не должно быть в прошедшем времени ???